Dövlət xidmətlərinin göstərilməsində yeni formatlar tətbiq edilir
Bugün
5
Maraqlı
A
Dövlət xidmətlərinin göstərilməsində yeni formatlar tətbiq edilir

Gürcüstan dövlət və özəl xidmətləri əhali üçün daha əlçatan etmək məqsədilə rəqəmsal platformaları və mobil xidmət mərkəzlərini inkişaf etdirir.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə nazirinin müavini Lana Morqoşiya Bakıda keçirilən BMT-nin İdarəetmə sahəsində İnnovasiyalar Sammitində bildirib.

Onun sözlərinə görə, vətəndaşlara xidmət sistemi çərçivəsində Gürcüstanda 600-dən çox dövlət və özəl xidmət əlçatandır, 400-dən çox xidməti isə vahid hökumət onlayn portalı vasitəsilə əldə etmək mümkündür.

Lana Morqoşiya qeyd edib ki, xidmət ofislərinə getməkdə və ya internetdən istifadə etməkdə çətinlik çəkən ucqar kənd və dağlıq rayonların sakinləri üçün mobil dövlət xidmətləri mərkəzləri fəaliyyət göstərir.

"Səmərəli idarəetmə yalnız yeni həllərin tətbiqindən ibarət deyil. Mövcud maneələri aşkar etmək, dövlət institutlarını vətəndaşların ehtiyaclarına uyğunlaşdırmaq və heç kimin diqqətdən kənarda qalmamasına nəzarət etmək vacibdir", - o vurğulayıb.

O həmçinin bildirib ki, mobil xidmət mərkəzləri təşəbbüsü Dövlət idarəçiliyi sahəsində Avropa mükafatı çərçivəsində "Good Practice" sertifikatı alıb.

Nazir müavininin sözlərinə görə, islahatların səmərəliliyi tətbiq edilən texnologiyaların və ya həyata keçirilən dəyişikliklərin sayı ilə deyil, onların insanların həyatını nə dərəcədə yaxşılaşdırması ilə qiymətləndirilməlidir.

ŞƏRH YAZ
0