Şincikaşvilinin yaxını amansızca döyülüb - FOTO
10.04.2026 13:57
997
Siyasət
A
Şincikaşvilinin yaxını amansızca döyülüb - FOTO

Ötən gecə Kvemo Kartli qubernatorunun keçmiş müavini Giorgi Şincikaşvilinin yaxını olan Giorgi Ubilavanın, xüsusi təyinatlıların keçmiş rəhbəri Zviad Xarazişvilinin (“Xareba”) ətrafı tərəfindən fiziki zorakılığa məruz qaldığı iddia olunur.

Aktual.ge Tv Pirveliyə istinadən xəbər verir ki, hadisə Tbilisinin Diğomi rayonunda, “Goodwill” supermarketinin yaxınlığında baş verib.

Lakin Giorgi Ubilava bu məlumatları təkzib edib. “Bunu haradan çıxardınız? Heç nəyi təsdiq etmirəm. Heç nə baş verməyib, bu bir uydurmadır”, – deyə o bildirib.

Mənbənin məlumatına görə, Giorgi Ubilavanın adı daha əvvəl də bir sıra səs-küylü hadisələrdə hallanıb. Bildirilir ki, o, 2024-cü ildə Qəhrəmanlar meydanında keçirilən avropayönlü aksiya iştirakçılarına qarşı zorakılıqda, “Xareba”nın qruplaşma üzvü Coni Maridaşvilinin yaralanması hadisəsində, eləcə də Korçxeli kəndində müxalifət nümayəndələrinə qarşı hücumda iştirak edib.

Məlumata görə, Ubilava bir müddət əvvəl Giorgi Şincikaşvili ilə birlikdə ölkəni tərk etsə də, hazırda hər ikisidə Gürcüstana geri qayıdıb.

ŞƏRH YAZ
9