Kateqoriyalar
Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi Gürcüstanda EG.5 yeni növ koronavirusun bir dənə də olsun faktını təsdiqləməyib.
Aktual.ge xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, yalnız Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi virusun yeni variantlarına laboratoriya nəzarəti aparır.
“Yalnız Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi virusun yeni variantlarını təsdiqləmək imkanına malikdir və onlar yeni ştamın təsdiqlənməsi barədə məlumat yaymayıblar. Mərkəz ölkədə dolaşan Covid-19 variantlarının, eləcə də digər virusların yayılmasını fəal şəkildə izləməyə davam edir" , - məlumatda deyilir.