Kateqoriyalar
Marneuli-Tbilisi magistralının Marabda hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Aktual.ge xəbər verir ki, hadisə təxminən saat 23:00 radələrində qeydə alınıb.
Hadisə yerindən verilən məlumata görə, Ermənistan dövlət qeydiyyat nişanlı yük daşıyıcı maşınla minik avtomobil toqquşub. TIR-ın sürücüsü yüngül xəsarət alıb və ona hadisə yerində ilkin tibbi müdaxilə göstərilib. BMW X5 markalı minik avtomobilinin qadın sürücüsü isə müxtəlif bədən xəsarətləri alıb, həmçinin ayağı sınıb.
Hadisə yerinə cəlb olunan təcili tibbi yardım və Fövqəladə Hallar Xidmətinin əməkdaşlarının operativ müdaxiləsi nəticəsində minik avtomobilində sıxışıb qalan sürücü xilas edilib.
Hadisə ilə bağlı araşdırma aparılır.

