Kateqoriyalar
"Şuşanın azad edilməsi həm böyük rəmzi məna daşıyırdı, həm də İkinci Qarabağ müharibəsinin önəmli hissələrindən biri idi".
Aktual.ge xəbər verir ki, bunu Azərbaycanın Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşa şəhərində mətbuata bəyanatında bildirib.
"44 gün ərzində Siz - əziz qardaşım və qardaş türk xalqı bizim yanımızda idi", - deyən İlham Əliyev vurğulayıb ki, müharibənin ilk saatlarında Rəcəb Tayyib Ərdoğanın verdiyi bəyanat və onun telefon söhbəti bütün dünyaya qardaş Türkiyənin Azərbaycanın yanında olduğunu göstərdi.