Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, külli miqdarda saxta pulun dövriyyəyə buraxılması ittihamı ilə 3 nəfər saxlanılıb.
Aktual.ge xəbər verir ki, qurumun məlumatına əsasən, aparılan istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər əvvəlcədən əlbir olaraq, qrup halında və qanunsuz maddi qazanc əldə etmək məqsədilə ümumi dəyəri 20 min ABŞ dolları olan 200 ədəd saxta 100 dollarlıq əskinası dövriyyəyə buraxıblar.
İstintaq Xidmətinin məlumatında həmçinin bildirilir ki, saxta əskinaslar tamamilə müsadirə edilib.
"Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 212-ci maddəsi (saxta pul hazırlama və ya dövriyyəyə buraxma) ilə istintaq aparılır. Həmin maddə 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur" , - qeyd olunub.