İrandan dünyaya gözdağı: Dağın altında gizlədilən nəhəng raket arsenalı üzə çıxdı!
Bugün
61
Dünya
A
İrandan dünyaya gözdağı: Dağın altında gizlədilən nəhəng raket arsenalı üzə çıxdı!

İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) yerin yüzlərlə metr dərinliyində inşa edildiyi bildirilən yeni ballistik raket bazasını ilk dəfə nümayiş etdirib.

Aktual.ge "Haberler"ə istinadən xəbər verir ki, nümayiş etdirilən bazanın ən azı 100 metr qalınlığında qranit təbəqəsinin altında inşa edildiyi qeyd olunub. Yeraltı obyektin mümkün hücumlara qarşı yüksək müdafiəni təmin edəcək şəkildə layihələndirildiyi və hətta nüvə hücumlarına belə davam gətirə biləcək quruluşa malik olduğu iddia edilib.

İranda oxşar xüsusiyyətlərə malik onlarla yeraltı raket bazasının mövcud olduğu da iddialar arasındadır.

Bazaya minlərlə ballistik raketlə yanaşı, həmin raketləri buraxa bilən yüzlərlə buraxılış sisteminin yerləşdirildiyi irəli sürülüb. Sistemlərin mümkün hərbi əməliyyat üçün hazır vəziyyətdə saxlanıldığı bildirilib.

Yeraltı obyektlərinin yalnızca raketlərin saxlanılması və buraxılması üçün deyil, həm də uzunmüddətli hərbi əməliyyatların davam etdirilməsi məqsədilə layihələndirildiyi iddia olunub.

Bildirilib ki, bazalar xarici dünya ilə əlaqələri kəsilsə belə, aylarla ballistik raket istehsalını və buraxılış fəaliyyətini davam etdirməyə imkan verən infrastruktur və ehtiyatlara malikdir.

ŞƏRH YAZ
2