“Lelo – Güclü Gürcüstan” beş müxalifət partiyasının qadağan edilməsi işi üzrə sübutların araşdırılmasını tələb edir
Bugün
159
Siyasət
A
“Lelo – Güclü Gürcüstan” beş müxalifət partiyasının qadağan edilməsi işi üzrə sübutların araşdırılmasını tələb edir

“Lelo – Güclü Gürcüstan” Konstitusiya Məhkəməsindən sübutların araşdırılmasını və bu prosesdə tərəflərin iştirakının təmin edilməsini tələb edir. 

Aktual.ge xəbər verir ki, bu barədə partiyanın nümayəndəsi Levan Samuşia məhkəmə iclasında vəsatət qaldırıb.

Samuşianın sözlərinə görə, beş müxalifət partiyasının qadağan edilməsi ilə bağlı prosesdə ədalətli məhkəmə prinsiplərinə əməl olunmalı, tərəflərə öz mövqelərini və sübutlarını təqdim etmək imkanı verilməlidir. O, baş verənləri siyasi partiyaların məhv edilməsi kimi qiymətləndirib.

Xatırladaq ki, “Gürcü Arzusu” deputatlarının beş müxalifət partiyasının qadağan edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə təqdim etdiyi iddianın baxışı davam edir. İşə Konstitusiya Məhkəməsinin yeddi hakimdən ibarət Plenumu baxır. Növbəti məhkəmə iclasları noyabrın 11, 12 və 13-də keçiriləcək.

ŞƏRH YAZ
0