Kateqoriyalar
Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində yerləşən İmam Həsən Məscidində Həzrəti Məhəmməd Peyğəmbərin qızı Xanım Fatimeyi-Zəhranın şəhadət günləri münasibətilə “Əyyami-Fatimiyyə” seminar proqramı təşkil olunub.
Müqəddəs Qurani-Kərimin tilavəti ilə başlayan proqramda ilahiyyatçılar Fuad İsayev, Qurban Murquzov və Bəşər Məmmədov çıxış edərək günün mahiyyəti və əhəmiyyətindən danışıblar.
Mərasimdə yerli sakinlərlə yanaşı, ətraf bələdiyyələrdən gələn inanclılar, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sonda mərsiyyə və dualarla yekunlaşan tədbirdə iştirakçılara ehsan süfrəsi təqdim olunub.