Tbilisidə qanlı hadisə: 2 ölü - FOTO
11.11.2026 21:49
741
Kriminal
A
Tbilisidə qanlı hadisə: 2 ölü - FOTO

Tbilisidə, Kürün sol sahilində, Alman Hospitalının yaxınlığında patrul və kriminal polis əməkdaşları səfərbər olunub.

Aktual.ge xəbər verir ki, əraziyə sarı lent çəkilib, hadisə yerində ekspert-kriminalistlər işləyir.

Mövcud məlumata görə, yaşayış binalarından birində qətl hadisəsi baş verib. İki nəfər öldürülüb.

Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyindən hələ rəsmi məlumat verilməyib.

ŞƏRH YAZ
3