Tsotne İvanişvilidən Merab Dvalişviliyə dəstək
Bugün
274
İdman
A
Tsotne İvanişvilidən Merab Dvalişviliyə dəstək

“Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvilinin oğlu Tsotne İvanişvili peşəkar döyüşçü Merab Dvalişviliyə dəstək ifadə edib.

Aktual.ge xəbər verir ki, Tsotne İvanişvili “Instagram”da yazıb ki, Merab Dvalişviliyə qarşı “kişiyə yaraşmayan hərəkət” edilib.

“Qardaşım, hər yerdə və hər zaman məni yanında bil. Sənə qarşı edilən və Qafqaz kişisinə yaraşmayan bu kişilikdən kənar hərəkət sənə heç nə edə bilməz”, - deyə Tsotne İvanişvili sosial şəbəkədə Merab Dvalişvili ilə çəkdirdiyi fotoşəkili paylaşıb.

Xatırladaq ki, Əbu-Dabidə müsahibə çəkilişi zamanı Merab Dvalışvili və Saba Lazişvili dağıstanlı MMA döyüşçüsü Usman Nurmaqomedov və onun müşayiətçiləri tərəfindən hücuma məruz qalıblar. Bu barədə məlumatı Merab Dvalişvili özü yayıb. Daha sonra sosial şəbəkələrdə hücumun görüntüləri də yayılıb.

ŞƏRH YAZ
1