Rəsmi Moskva Qərbi Gürcüstanın daxili işlərinə müdaxilədə ittiham edir
Bugün
74
Siyasət
A
Rəsmi Moskva Qərbi Gürcüstanın daxili işlərinə müdaxilədə ittiham edir

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərbi Gürcüstanın daxili işlərinə müdaxilədə ittiham edib.

Aktual.ge xəbər verir ki, brifinq zamanı jurnalist “Rusiya Gürcüstan hakimiyyətini dövlət çevrilişinə cəhdlər barədə əvvəlcədən xəbərdar etmişdimi?” sualı ünvanlayıb.

Mariya Zaxarova belə cavab verib:

“Gürcüstanda hadisələrin cərəyan etdiyi dövrdə baş verənlərlə bağlı fəal şəkildə şərhlər verirdik. Suveren dövlət olan Gürcüstana qarşı daxili işlərə müdaxilə kimi xarakterizə edilə biləcək bütün vasitələrdən istifadə olunduğunu bildirirdik. Gürcüstanı anti-Gürcüstan narrativlərinin çərçivəsinə salmağa çalışırdılar. Çünki baş verənlərin hamısı, ilk növbədə, məhz Gürcüstan vətəndaşlarının iradəsinə qarşı yönəlmişdi. Biz faktlara əsaslanaraq bu barədə açıq danışırdıq. Konkret olaraq, 'Xarici agentlər haqqında' qanun nümunəsində Qərbin bundan necə manipulyasiya vasitəsi kimi istifadə etdiyini və həmin ölkənin daxili işlərinə necə müdaxilə etdiyini izah edirdik. Onlar bu qanunu ləğv etməyə çalışdılar, daha sonra isə buna haqları olmadığı halda etiraz əhval-ruhiyyəsini süni şəkildə idarə etməyə cəhd göstərdilər”.

ŞƏRH YAZ
1