Gürcüstanda saxlanıldığını bildirən İbad Hüseynov Bakıya qayıdıb
Bugün
131
Hadisə
A
Gürcüstanda saxlanıldığını bildirən İbad Hüseynov Bakıya qayıdıb

Gürcüstanda saxlanılanıldığını bildirən Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Azərbaycanın Gürcüstandakı səfirliyin dəstəyi ilə buraxılıb və ölkəsinə qayıdıb.

Aktual.ge xəbər verir ki, bu barədə APA məlumat yayıb. 

Məlumata əsasın, Bakıda Heydər Əliyev adına Beynəlxalq Hava Limanında jurnalistlərin suallarını cavablandıran İbad Hüseynov baş verənlər barədə dərhal Azərbaycanın Gürcüstandakı səfirliyinə məlumat verdiyini deyib.

“Səfirliyimiz operativ şəkildə müdaxilə etdi. Səfirliyin və nümayəndələrimizin dəstəyi ilə oradan çıxarılaraq səfirliyə aparıldım və lazımi tədbirlər görüldü”, - o deyib.

İbad Hüseynov saxlanılmasının səbəbini soruşsa da, ona heç bir açıqlama verilmədiyini deyib.

ŞƏRH YAZ
0