Emil İsmayılov Seneqaldan qızıl medalla qayıdır
Bugün
216
İdman
A
Emil İsmayılov Seneqaldan qızıl medalla qayıdır

Seneqalda keçirilən IV Yeniyetmələrin Olimpiya Oyunlarında Gürcüstanın yığmasının heyətində çıxış edən Emil İsmayılov boks üzrə qızıl medal qazanıb.

Aktual.ge xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində final görüşündə avstraliyalı Marli Doddi 5:0 hesabı ilə məğlub edərək çempion olub.

Emil İsmayılov turnirdə ilk görüşündə Dominikan Respublikasından olan Maykl Reyesə 4:1, 1/4 finalda isə livanlı Ramzi Hilala 5:0 hesabı ilə qalib gəlib.

O, yarımfinalda kanadalı Lisandro Qarsia Rebelo əlindən aldığı zədə səbəbindən görüşə çıxa bilmədiyi üçün birbaşa finala yüksəlib.

Bu, Gürcüstanın IV Yeniyetmələrin Olimpiya Oyunlarında qazandığı ilk qızıl medal olub.

Onun qələbəsi Gürcüstan yığmasının heyətində yarışan və Gürcüstanda yaşayan azərbaycanlı idmançının beynəlxalq arenada böyük uğuru kimi diqqət çəkib.

Emil Elçin oğlu İsmayılov soydaşlarımızın kompakt yaşadığı Qardabani bələdiyyəsinin Tbiltsqaro qəsəbəsindəndir.

Qeyd edək ki, Gürcüstanın yeniyetmələrin Olimpiya oyunlarında əvvəlki qızıl medalını 2018-ci ildə Buenos-Ayresdə yunan-Roma güləşi üzrə Giorgi Çxikvadze qazanıb.

ŞƏRH YAZ
0