Usman Nurmagomedov və komanda üzvlərinə həbs və deportasiya cəzası
Bugün
470
Dünya
A
Usman Nurmagomedov və komanda üzvlərinə həbs və deportasiya cəzası

Usman Nurmagomedov və onun komandasının üzvləri UFC döyüşçüsü Merab Dvalişviliyə hücum etdiklərinə görə 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Onlar həmçinin 300 min dirhəm məbləğində cərimələnib və Əbu-Dabidən deportasiya olunacaqlar.

Aktual.ge xəbər verir ki, bu barədə “Croco” nəşri məlumat yayıb.

Məlumata görə, hadisənin videogörüntülərini yaydıqları üçün Merab Dvalişvili və 21 yaşlı güləşçi Saba Lazişvili də hər biri 50 min dirhəm (təxminən 13 615 dollar) məbləğində cərimələnib.

Sportall.ge-nin məlumatına əsasən, idmançılara tətbiq olunan cərimələr RAF tərəfindən ödəniləcək. Bildirilir ki, onlar Əbu-Dabidə RAF çərçivəsində olublar.

Qeyd edək ki, noyabrın 11-də Əbu-Dabidəki otellərdən birinin foyesində Merab Dvalişvili və Saba Lazişvili dağıstanlı döyüşçü Usman Nurmagomedov və onun komandasının hücumuna məruz qalıblar. Hadisədən sonra polis qarşıdurmanın bütün iştirakçılarını bölməyə aparıb və faktla bağlı hüquqi prosedurlara başlanılıb.

ŞƏRH YAZ
1