8 saylı həbsxanada məhbusun döyülməsi ilə bağlı 7 nəfərə ittiham irəli sürülüb
Bugün
218
Siyasət
A
8 saylı həbsxanada məhbusun döyülməsi ilə bağlı 7 nəfərə ittiham irəli sürülüb

Gürcüstan Prokurorluğu 8 saylı cəzaçəkmə müəssisəsində məhbus Davit Feykrişvilinin döyülməsi ilə bağlı 7 nəfərə ittiham irəli sürüb.

Aktual.ge xəbər verir ki, ittiham olunanlar arasında Penitensiar Xidmətin keçmiş baş direktoru Giorgi Pataridze, müəssisənin keçmiş direktoru Ramaz Pirtsxalava və 5 məhbus var.

İstintaqın məlumatına görə, Vato Kipianinin xahişi əsasında məhbuslar qanun pozuntusu ilə Feykrişvilinin saxlanıldığı kameraya yerləşdirilib. Daha sonra ona oktyabrın 16-dan 20-dək qrup halında fiziki zorakılıq göstərilib.

Nəticədə zərərçəkmişin 4 qabırğası və onurğasında sınıqlar, həmçinin beyin silkələnməsi qeydə alınıb.

Keçmiş vəzifəli şəxslər 3 ilədək, digər təqsirləndirilənlər isə 4 ildən 6 ilədək həbs cəzası ilə üzləşə bilərlər. İş üzrə istintaq davam edir.

ŞƏRH YAZ
1