Kateqoriyalar
Tbilisinin Poniçala qəsəbəsində yaşayış binasında partlayış baş verib.
Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidməti məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Onların hər üçünün huşunun yerində olduğu bildirilib.
Yanıq Mərkəzinin rəhbəri Quqa Kaşibadzenin sözlərinə görə, yaralılardan birinin vəziyyəti ağırdır. O, mərkəzin reanimasiya şöbəsində müalicə olunur.
Hadisə yerində yanğınsöndürmə və xilasetmə xidmətinin əməkdaşları çalışır. Xilasetmə əməliyyatı davam etdirilir.
Partlayışın səbəbi hələlik məlum deyil.