Bugün
278
Kriminal
A
"Riçard Qiqaninin oğlu zorakılıq ittihamı ilə saxlanılıb" | Samirə Bayramova

"Çoxsaylı zorakılıq halları və cəzasızlıq fonunda, nəhayət, Marneuli Bələdiyyə Məclisi sədrinin müavini Riçard Qiqaninin oğlu (Mamuka Qiqani - red.) zorakılıq ittihamı ilə saxlanılıb".

Aktual.ge xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında hüquqmüdafiəçisi Samirə Bayramova yazıb.

"Ey zorakı! İki həftə əvvəl boş yerə sevinirdin. Həmin vaxt həyat yoldaşına qarşı zorakılıq etdiyinə görə atan və onun təyin etdiyi polis əməkdaşı səni məsuliyyətdən yayındırmağa nail olmuşdular. Ümid edirəm ki, çoxsaylı zorakılıq hallarından sonra nəhayət, layiq olduğun yerə - həbsxanaya düşəcəksən.

Təsəvvür edin, bu şəxs uzun illər Marneuli meriyasında çalışıb.

Cənab Riçarda daha bir sözüm var: Bəlkə, oğlunuzu müdafiə etmək və onu dəfələrlə məsuliyyətdən yayındırmaq əvəzinə, öz əməlləriniz barədə düşünəsiniz? Vəzifə və nüfuz heç kimdə qanun qarşısında məsuliyyətdən yayınacağı hissini yaratmamalıdır" , - deyə o, qeyd edib.

 Samira Bayramova:
ŞƏRH YAZ
0