Tetritskaro bələdiyyəsində kişi öz qardaşını öldürüb
18.11.2026 12:17
398
Siyasət
A
Tetritskaro bələdiyyəsində kişi öz qardaşını öldürüb

Gürcüstan Prokurorluğunun məlumatına görə, hadisə noyabrın 15-də Tetritskaro bələdiyyəsinin Enageti kəndində baş verib.

Aktual.ge xəbər verir ki, istintaqla müəyyən edilib ki, mübahisə zamanı təqsirləndirilən şəxs qardaşına baş və bədəninin müxtəlif nahiyələrindən ağır xəsarətlər yetirib. Zərərçəkən hadisə yerində həyatını itirib.

Şübhəli noyabrın 16-da saxlanılıb. Ona ailə üzvünü qəsdən öldürmə ittihamı irəli sürülüb.

Cinayət əməli 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

ŞƏRH YAZ
2