Kateqoriyalar
Tbilisinin Poniçala qəsəbəsində baş vermiş faciə ilə əlaqədar Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi-Gürcüstan müftisi Etibar Eminov baş sağlığı verib.
Aktual.ge xəbər verir ki, müfti özünün sosial şəbəkə hesabında yazıb:
"Aşağı Ponicalada baş vermiş faciədən dərin hüzn və kədərlə xəbər tutduq.
Zərərçəkənlərə və onların ailələrinə səmimi dəstəyimizi bildirir, yaralılara tezliklə şəfa diləyirik. Dağıntılar altında qalan insanların sağ-salamat xilas edilməsini Uca Allahdan diləyirik.
Allah bütün insanları belə faciələrdən qorusun. Amin!".