Türkiyənin Gürcüstandakı səfirindən Poniçala faciəsi ilə bağlı başsağlığı mesajı
Bugün
134
Siyasət
A
Türkiyənin Gürcüstandakı səfirindən Poniçala faciəsi ilə bağlı başsağlığı mesajı

Türkiyə Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Mustafa Türker Arı Tbilisinin Poniçala qəsəbəsində baş verən faciə ilə bağlı başsağlığı verib.

Aktual.ge xəbər verir ki, səfirin başsağlığı məktubu diplomatik nümayəndəlik tərəfindən yayımlanıb.

“2026-cı il noyabrın 19-da Poniçala yaşayış massivində baş vermiş partlayış nəticəsində insanların həyatını itirməsi məni dərindən kədərləndirir. Gürcü xalqının kədərinə şərik olur, yaxınlarını itirən ailələrə başsağlığı verir, xəsarət alanlara isə tezliklə şəfa tapmalarını arzulayıram” , - səfirin başsağlığı məktubunda deyilir.

ŞƏRH YAZ
1