Rustavi şəhər 18 saylı dövlət məktəbində bəstəkar Gia Kançelinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
Bugün
99
Siyasət
A
Rustavi şəhər 18 saylı dövlət məktəbində bəstəkar Gia Kançelinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Rustavi şəhər 18 saylı dövlət məktəbində görkəmli gürcü bəstəkarı Gia Kançelinin həyat və yaradıcılığına həsr olunmuş “Sənət tənhalıqda yaranır” adlı layihə təqdim edilib.

Aktual.ge xəbər verir ki, layihə məktəbin tədris işləri üzrə direktor müavini və layihə rəhbəri Natia Şubitidzenin təşkilatçılığı ilə 10-cu sinif şagirdlərinin iştirakı əsasında hazırlanıb.

Tədbir çərçivəsində şagirdlər bəstəkarın həyat yolu, yaradıcılığı və gürcü musiqi mədəniyyətinə verdiyi töhfələr barədə məlumat veriblər. Çıxışlarda Gia Kançelinin zəngin musiqi irsi və sənət dünyası diqqətə çatdırılıb.

Layihənin bədii hissəsində şagirdlər bəstəkarın “Sarı yarpaqlar” mahnısını birlikdə ifa ediblər.

Tədbirdə məktəbin direktoru Natalia Cavaxişvili və müəllimlər də iştirak ediblər.

Sonda tədbir iştirakçıları xatirə fotosu çəkdiriblər.

ŞƏRH YAZ
1