İlham Əliyev Gürcüstan Prezidentinə başsağlığı verib
21.11.2026 09:21
159
Dünya
A
İlham Əliyev Gürcüstan Prezidentinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşviliyə başsağlığı verib.

Aktual.ge xəbər verir ki, İlham Əliyevin Gürcüstan Prezidentinə ünvanlandığı məktubda deyilir:

"Tbilisi şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

ŞƏRH YAZ
0