Kateqoriyalar
Kvemo Kartlidə “Səyyar Ədliyyə Evi” xidməti vasitəsilə notarial xidmətlər artıq evinizə qədər gələcək.
Aktual.ge xəbər verir ki, Gürcüstanın Ədliyyə Nazirliyi Kvemo Kartli, Sameqrelo və Acaranın bir sıra kəndlərinin sakinlərinə notarius xidmətləri təqdim edəcəyini bildirib.
Bu xidmət "Səyyar Ədliyyə Evi" vasitəsilə həyata keçiriləcək. İlk mərhələdə Hamamlı, Anaklia, Borjomi və Xixadziri kəndlərinin sakinləri bu imkandan yararlana biləcək.
İlk notariat xidmətini Dmanisi şəhərinin Hamamlı kəndində notarius Marika Qoqoladze təqdim edib. Notariat Palatasının sədri Ekaterine Nandoşvili və Ədliyyə Palatasının rəhbəri Laşa Lobjanidze də prosesdə iştirak ediblər.