Gürcüstan milyonlarla dollarlıq canlı qoyun ixrac edir bu ölkəyə
14.10.2020 11:18
2043
İqtisadiyyat
A
Gürcüstan milyonlarla dollarlıq canlı qoyun ixrac edir bu ölkəyə
"Kənd təsərrüfatının inkişafını təşviq etmək üçün hazırlanmış dövlət proqramı nəticəsində gözlə görünən dərəcədə müsbət nəticələr əldə etdik. O cümlədən canlı qoyunların ixracatında xüsusi artım müşahidə olunur". Aktual.ge xəbər verir ki, bu barədə Ninocminda Bələdiyyəsində canlı qoyunların ixraca hazırlanması prosesi ilə tanış olan Gürcüstanın Ekologiyanın Mühafizəsi və Kənd Təsərrüfatı nazirinin birinci müavini Giorgi Xanişvili deyib. Nazir müavininin sözlərinə görə, diri qoyunların dəyəri 36% artıb. "Fermerlər razıdırlar. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac olunan diri qoyunların dəyərinin 36% artdığını qeyd etmək vacibdir ki, bu da ixrac qiymətlərindəki artımla əlaqədardır", - deyə G.Xanişvili bildirib. Ekologiyanın Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, "Agrokiziki Ltd" şirkəti qoyunları ixraca hazırlayır. Ninotsminda Bələdiyyəsində, Madatapa Gölü yaxınlığında qoyunların müşahidə və müvafiq müayinələr altında olacağı xüsusi karantin sahəsi qurulub. Karantin müddəti bitdikdən sonra qoyunlar Səudiyyə Ərəbistanına ixrac ediləcək. "Agrokiziki Ltd"nin nümayəndəsi Beka Qonaşvilinin sözlərinə görə, son vaxtlar sifarişlərin sayı artıb. Ekologiyanın Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, diri qoyunlar Gürcüstandan əsasən Ərəb ölkələrinə ixrac olunur. “2020-ci ildə əsas ixracatçı ölkələr Səudiyyə Ərəbistanı və Azərbaycandır. 2020-ci ilin ilk doqquz ayında Səudiyyə Ərəbistanına diri qoyunların ixracı maliyyəsi, keçən ilin eyni dövrünə nisbətən 4,5 milyon dollar artaraq altı dəfə artdı", -deyə Nazirlik bildirib.
ŞƏRH YAZ
2