Patriarxlıq surroqat analığın tamamilə qadağan edilməsini dəstəkləyir
Bugün
7
Din
A
Patriarxlıq surroqat analığın tamamilə qadağan edilməsini dəstəkləyir

"Teoloji baxımdan surroqat analıq pozuntu hesab olunur. Bu, insan bədəninin istismar edildiyi, yeni doğulmuş uşaqların övladlığa verildiyi insan alveri (trafikinq) ilə çox yaxındır. Biz çox ağır faktlar barədə məlumatlıyıq".

Aktual.ge xəbər verir ki, bunu Gürcüstan Patriarxlığının İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri, keşiş Andria Caqmaidze jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Patriarxlıq surroqat analığın tamamilə qadağan edilməsini dəstəkləyir və hesab edir ki, qismən qadağa tətbiq olunacağı təqdirdə bu sahədə nəzarətsiz proseslərə yol açılacaq.

“Teoloji baxımdan surroqat analıq pozuntudur. Çünki uşaq onu dünyaya gətirən, lakin sonradan anası olmayacaq və onu öz övladı kimi qəbul etməyəcək qadının bətnində böyüyür. Bu, təbii olmayan prosesdir. Buna görə də surroqat analığın tamamilə qadağan edilməsini alqışlayırıq. Çünki bu, texnoloji baxımdan kifayət qədər mürəkkəb sahədir və onun yalnız qismən qadağan edilməsi mütləq nəzarətsiz proseslərə səbəb olardı. Patriarxın təşəbbüsü bu məsələ ilə bağlı hakimiyyətlə müzakirələrə başlamaq idi. Lakin biz müzakirələrə başlayanda məlum oldu ki, hakimiyyət də artıq bu mövzunu araşdırıb və məsələ üzərində düşünməyə başlayıb”, – deyə Andria Caqmaidze qeyd edib.

ŞƏRH YAZ
0