Türk səfir: “Gürcüstanın ərazi bütövlüyünə dəstəyimiz dəyişməzdir”
Bugün
113
Siyasət
A
Türk səfir: “Gürcüstanın ərazi bütövlüyünə dəstəyimiz dəyişməzdir”

Türkiyənin Gürcüstandakı səfiri Mustafa Türker Ari Ankaranın Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləməyə davam etdiyini bəyan edib.

Aktual.ge xəbər verir ki, o, bunu Türkiyə dövlət xəbər agentliyi "Anadolu Ajansı"na müsahibəsində bildirib.

Səfir Gürcüstanı Türkiyənin strateji tərəfdaşı, yaxın qonşusu və tarixi dostu adlandırıb.

“Ölkəmiz ikitərəfli və çoxtərəfli platformalarda Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü daim dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Ölkəmizin bu məsələ ilə bağlı prinsipial mövqeyi dəyişməz olaraq qalır”, - deyə Mustafa Türker Ari qeyd edib. 

Qeyd edək ki, noyabrın 17-də Ankarada yeddi müxalifət partiyasının nümayəndələrinin iştirakı ilə “Abxaziya ilə Dostluq Qrupu” yaradılıb. Qrup Türkiyə hakimiyyətindən qondarma Abxaziya pasportlarının tanınmasını, işğal altındakı regionla birbaşa dəniz və hava əlaqəsinin qurulmasını, həmçinin Abxaziyanın müstəqilliyinin tanınmasını tələb edir.

ŞƏRH YAZ
2