Gürcüstan Azərbaycana yeni səfir təyin edib
Bugün
183
Siyasət
A
Gürcüstan Azərbaycana yeni səfir təyin edib

Giorgi Zakaraşvili Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, Giorgi Zakaraşvilinin Xarici İşlər Nazirliyinin mərkəzi aparatında və diplomatik nümayəndəliklərdə uzun illər iş təcrübəsi var.

“2021-ci ildən bu günədək Ukraynada Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri, həmçinin GUAM-da Gürcüstanın daimi nümayəndəsi olub. 2016–2019-cu illərdə Rusiya Federasiyasında İsveçrə Konfederasiyasının səfirliyində Gürcüstanın maraqlar bölməsinin fövqəladə və səlahiyyətli nümayəndəsi vəzifəsində çalışıb. 2012–2016-cı illərdə isə Ukraynadakı Gürcüstan səfirliyində və GUAM-da Gürcüstanın daimi nümayəndəliyində fövqəladə və səlahiyyətli nümayəndə vəzifəsini tutub.

Müxtəlif vaxtlarda Giorgi Zakaraşvili Xarici İşlər Nazirliyinin Siyasi Departamentinin direktoru və Mərkəzi Asiya ölkələri ilə münasibətlər idarəsinin rəhbəri vəzifələrində də çalışıb.

Giorgi Zakaraşviliyə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib”, – deyə məlumatda bildirilir.

ŞƏRH YAZ
0