Bugün
72
Siyasət
A
"Bu il ölkədə rekord həcmdə üzüm məhsulu gözlənilir"

Üzüm yığımı yüksək səviyyədə təşkil olunacaq.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

Baş nazirin sözlərinə görə, ilkin proqnoza əsasən, bu il rekord məhsul gözlənilir.

“İlkin proqnoza əsasən, bu il rekord məhsulumuz olacaq. Ötən il də çox yüksək göstərici ilə başa çatmışdı, lakin bu il tamamilə rekord göstərici olacaq. Bunun üçün, o cümlədən subsidiyalaşdırma məsələsində əvvəlcədən hazırlıq görmüşük. Üzüm yığımı yüksək səviyyədə təşkil olunacaq. Bunun üzərində Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi işləyir, əvvəlcədən hazırlıq işləri görülüb və nazirlik üzüm yığımını yüksək səviyyədə keçirmək üçün hər cür hazırlığa malik olacaq”, – deyə İrakli Kobaxidze bildirib.

ŞƏRH YAZ
0