Qabalda vaxtı keçmiş preparatlar satan baytarlıq apteki cərimələnib
Bugün
63
Siyasət
A
Qabalda vaxtı keçmiş preparatlar satan baytarlıq apteki cərimələnib

Milli Qida Agentliyi Laqodexinin Qabal kəndində fəaliyyət göstərən baytarlıq aptekində pozuntular aşkarlayıb.

Aktual.ge xəbər verir ki, agentliyin məlumatına görə, Kaxeti Departamentinin müfəttişləri dövlət nəzarəti çərçivəsində fərdi sahibkar E. G.-yə məxsus baytarlıq aptekində yoxlama aparıblar.

Yoxlama zamanı obyektdə istifadə müddəti ötmüş preparatlar aşkarlanıb. Həmçinin preparatların etiketlənməsi ilə bağlı qaydaların pozulduğu müəyyən edilib.

Aşkarlanan pozuntularla əlaqədar obyekt barəsində qanunvericiliyə uyğun tədbir görülüb və aptek cərimələnib.

Qida üzrə Milli Agentlik istehlakçıların hüquq və maraqlarının qorunması məqsədilə baytarlıq nəzarətinə tabe olan obyektlərdə yoxlamaları davam etdirir.

Agentlik istehlakçıları pozuntularla qarşılaşdıqları təqdirdə bu barədə 15 01 qaynar xəttinə məlumat verməyə çağırır.

ŞƏRH YAZ
1