Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak edəcək.
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Hökumətinin Administrasiyası məlumat yayıb.
Məlumata görə, Baş Assambleyanın sessiyasının ümumi debatlarında Gürcüstan hökumətinin başçısı sentyabrın 24-də çıxış edəcək.
“Baş nazir Nyu-Yorka səfəri çərçivəsində, həmçinin 'Çoxtərəfli tərəfdaşlıq' sammitində və Finlandiyanın təşkil etdiyi, sülh mövzusuna həsr olunmuş yüksək səviyyəli panel müzakirəsində iştirak edəcək. Həmçinin İrakli Kobaxidzenin müxtəlif dövlətlərin liderləri və BMT-nin Baş katibi Antonio Quterreşlə ikitərəfli görüşləri nəzərdə tutulub.
Gürcüstanın Baş naziri Nyu-Yorka nümayəndə heyəti ilə birlikdə yola düşüb. Nümayəndə heyətinin tərkibinə baş nazirin müavini, xarici işlər naziri Maka Boçorişvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani daxildir”, - məlumatda deyilir.