Kateqoriyalar
Tbilisidə müvəqqəti kirayəyə götürülmüş mənzildə iki nəfərin meyiti tapılıb, onlardan biri Fransa, digəri isə Rusiya vətəndaşıdır.
Aktual.ge xəbər verir ki, qonşular dəhlizdə kəskin qoxu hiss etdikdən sonra polisə müraciət ediblər.
Mənzilin qapısı xilasetmə xidmətinin köməyi ilə açılıb və hər iki şəxsin öldüyü məlum olub.
Onların meyitləri ekspertizaya aparılıb.
Daxili İşlər Nazirliyi baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 115-ci maddəsi üzrə araşdırmaya başlayıb.