Qardabani və Karelidə xüsusi əməliyyat | DTX terror fəaliyyətinə yardım etmə faktı üzrə 2 nəfəri saxlayıb
Bugün
128
Siyasət
A
Qardabani və Karelidə xüsusi əməliyyat | DTX terror fəaliyyətinə yardım etmə faktı üzrə 2 nəfəri saxlayıb

Qardabani və Karelidə xüsusi əməliyyat keçirilib.

Aktual.ge xəbər verir ki, DTX xarici ölkənin terror təşkilatına qoşulma və terror fəaliyyətinə yardım etmə faktı üzrə iki Gürcüstan vətəndaşını saxlayıb

Qurumun məlumatına əsasən, istintaq zamanı müəyyən edilib ki, həmin şəxslər “İslam Dövləti” adlı terror təşkilatına qoşulub, təşkilatın liderinə sədaqət andı — “beyət” verib və ona qarşı qeyd-şərtsiz itaətlərini ifadə ediblər.

Saxlanılan şəxslərin üzərində və yaşayış evlərində aparılan axtarışlar nəticəsində maddi sübut kimi terror təşkilatı “İslam Dövləti”nin liderinə sədaqət andı olan “beyət”in əlyazma mətni, üzərində islam yazısı olan möhür, müxtəlif növ patronlar, əl qumbarası, kapsul/detonator və elektron məlumat daşıyıcıları aşkar edilərək götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 328-ci maddəsi ilə aparılır. Bu maddə xarici ölkənin terror təşkilatına qoşulma və terror fəaliyyətinə yardım etmə əməlini nəzərdə tutur. Sözügedən cinayətə görə 10 ildən 17 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

ŞƏRH YAZ
0