İlham Əliyev investorlar üçün ölkəsinin maraq doğuran məqamlarını açıqlayıb
26.09.2026 16:52
164
Dünya
A
İlham Əliyev investorlar üçün ölkəsinin maraq doğuran məqamlarını açıqlayıb

Azərbaycan Prezidenti İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə investorlar üçün ölkəsinin maraq doğuran məqamlarını açıqlayıb.

Aktual.ge AZƏRTAC-a istinadən xəbər verir ki, İlham Əliyev Forumdakı çıxışında deyib:

"Transmilli maraqlara xidmət edən infrastruktur. İlk növbədə, nəqliyyat, logistika, fiziki infrastruktur və proqram təminatı infrastrukturu. Bir çox körpülər, limanlar və gəmilər tikə bilərik. Amma biz rəqəmsallaşma, gömrük administrasiyası ilə bağlı müasir trendlərlə ayaqlaşmırıqsa və yükdaşımaların emal prosedurunu daha da asan etməsək uduzacağıq. Digər məsələ, elektrik ötürmə xətləridir və burada çox böyük potensial var".

ŞƏRH YAZ
1