Lecbəddin kəndində Azərbaycan Milli Qəhrəmanı Cəlil Səfərovun abidəsi ziyarət olunub
27.09.2026 16:59
261
Mədəniyyət
A
Lecbəddin kəndində Azərbaycan Milli Qəhrəmanı Cəlil Səfərovun abidəsi ziyarət olunub

27 sentyabr Azərbaycan – Anım Günü münasibətilə Marneuli bələdiyyəsinin Lecbəddin kəndində, kəndin əslən sakini olan Milli Qəhrəman Cəlil Səfərovun abidəsi ziyarət olunub.

Aktual.ge xəbər verir ki, tədbir iştirakçıları abidənin önünə gül qoyaraq, Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən gənclər Tamilə Ləzgiyeva və Məleykə Nəbiyeva 44 günlük Vətən müharibəsində şəhid olanların xatirəsini dərin hörmətlə anaraq, onların göstərdiyi şücaətdən danışıblar.

Daha sonra Zeynəb Nurməmmədova 1992-ci il Qarabağ müharibəsində şəhid olmuş Milli Qəhrəman Cəlil Səfərovun həyat yolu, döyüş fəaliyyəti və göstərdiyi qəhrəmanlıqlar barədə məlumat verib.

Tədbirdə “İnkişaf və Təhsil Mərkəzi”nin direktoru Emin Əhmədov və Gürcüstan parlamentinin sabiq deputatı Mahir Dərziyev də çıxış ediblər.

Çıxışlarda şəhidlərin xalqın yaddaşında əbədi yaşayacağı, onların göstərdiyi igidliyin və vətənpərvərlik ruhunun gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti vurğulanıb.

Anım mərasimində fəal gənclər və Lecbəddin kənd sakinləri iştirak ediblər.

ŞƏRH YAZ
2