Bu gün Azərbaycanda Vətən müharibəsinin başlamasından altı il ötür və Azərbaycanda Anım Günü yad edilir.
Aktual.ge xatırladır ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə cavab olaraq sürətli əks-hücum əməliyyatına başlayıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordu 30 il işğalda qalan torpaqları azad edib. Vətən müharibəsi xalq-ordu-iqtidar birliyinin nümunəsi kimi yadda qalıb.
44 günlük “Dəmir Yumruq” əməliyyatı nəticəsində beş şəhər, dörd qəsəbə və 286 kənd işğaldan azad edilib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya prezidentləri atəşin dayandırılması və hərbi əməliyyatların bitməsi barədə razılaşma imzalayıblar. Bu sənəd Ermənistanın kapitulyasiyası kimi qəbul edilib, Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana qaytarılıb.
2025-ci il avqustun 8-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişi paraflayıblar.
Müharibədə Azərbaycan Ordusu 2908 şəhid verib, altı hərbçi isə itkin düşüb.
Azərbaycan Prezidenti 2020-ci il dekabrın 2-də Anım Gününün təsis edilməsi barədə sərəncam imzalayıb və hər il 27 sentyabr qeyd olunur.