Gürcüstanda gələn həftə hava şəraitinin dəyişkən keçəcəyi gözlənilir.
Aktual.ge xəbər verir ki, proqnoza əsasən, həftə ərzində ölkənin müxtəlif bölgələrində yağış və bəzi ərazilərdə ildırım müşahidə oluna bilər.
29 sentyabrda günün ikinci yarısında bəzi ərazilərdə yağış yağacağı gözlənilir.
30 sentyabrda bir sıra bölgələrdə qısamüddətli yağış və ildırım yağışları mümkündür. 1 oktyabrda hava şəraitinin nisbətən sabit olacağı, lakin bəzi ərazilərdə buludlu havanın davam edəcəyi bildirilir. 2 oktyabrda günün ikinci yarısından etibarən bəzi bölgələrdə yenidən yağıntı gözlənilir. 3 oktyabrda ölkənin ayrı-ayrı ərazilərində zəif yağış yağacağı proqnozlaşdırılır. 4 oktyabrda isə əsasən buludlu hava və bəzi yerlərdə lokal yağış gözlənilir.
Məlumata görə, qarşıdakı günlərdə temperatur da tədricən aşağı düşəcək. Xüsusilə Şərqi Gürcüstan və dağlıq ərazilərdə havanın daha sərin keçəcəyi, gecə saatlarında temperaturun bəzi yerlərdə +5 dərəcəyədək enəcəyi gözlənilir.