Kateqoriyalar
Hindistanın şimalında daşqınlara və genişmiqyaslı dağıntılara səbəb olan şiddətli musson yağışları nəticəsində ölənlərin sayı 81 nəfərə çatıb.
Aktual.ge xarici KİV-ə istinadən xəbər verir ki, hadisədə 62 nəfər yaralanıb.
"Uttar-Pradeş ştatında fasiləsiz yağan musson yağışları nəticəsində ölənlərin sayı üç gün ərzində 81 nəfərə çatıb. Sentyabrın 25-i və 26-da 56 nəfərin həlak olmasından sonra sentyabrın 27-də daha 25 ölüm halı qeydə alınıb", - Uttar-Pradeş ştatının yardım göstərilməsi üzrə komissarı bildirib.