Marneulinin Sabirkənd kəndində məscidin qarşısında işlər yarımçıq qaldı | Marneuli meri və şeyx susur - VİDEO
28.09.2026 22:45
327
Din
A
Marneulinin Sabirkənd kəndində məscidin qarşısında işlər yarımçıq qaldı | Marneuli meri və şeyx susur - VİDEO

Dünən (27 sentyabr) axşam saatlarında Marneuli bələdiyyəsinin Sabirkənd kəndində məscidin qarşısında aparılan beton işləri Marneuli Meriyasının Nəzarət Xidməti tərəfindən dayandırılıb. Üstəlik əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb olunub.

Əldə etdiyimiz məlumata görə, yerli sakinlərin maddi dəstəyi ilə həyata keçirilən beton işlərinin bir hissəsi yarımçıq saxlanılıb və Marneuli Meriyasının Nəzarət Xidməti tərəfindən xəbərdarlıq verilib.

Sözügedən işlərin hansı səbəbdən dayandırıldığını və qərarın hansı əsasla qəbul edildiyini öyrənmək üçün Marneuli Meriyasına müraciət etdik. Lakin suallarımıza cavab verilmədi. Həmçinin Marneuli meri Daur İsmayılovla mobil telefon vasitəsilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Məsələ ilə bağlı açıqlama almaq və vəziyyətə aydınlıq gətirmək məqsədilə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Faiq Nəbiyevlə də əlaqə saxlamağa çalışdıq. Lakin onunla da əlaqə yaratmaq mümkün olmadı.

Daha ətraflı Salo Salahlının video xəbərini təqdim edirik:

ŞƏRH YAZ
1