Kateqoriyalar
Tbilisinin Sanzona ərazisində liftə yaranan nasazlıq nəticəsində 6 nəfər xəsarət alıb.
Aktual.ge xəbər verir ki, hadisə zamanı lift onuncu mərtəbədən aşağı düşərək birinci mərtəbəyə çırpılıb.
Yaralananlar təcili tibbi yardım briqadaları tərəfindən iki klinikaya çatdırılıb. Onlardan bəzilərinin müalicədən sonra evə buraxıldığı bildirilir. Yaralılarda müxtəlif şiş və sınıqların olduğu qeyd edilir.
Məlumata görə, xəsarət alanlar arasında yeniyetmələr də var.
İlkin məlumata əsasən, zərərçəkənlər hadisə zamanı ad günü qeyd etməkdən qayıdırdılar.