Gürcüstan-Azərbaycan dostluğunu kim hədəf alır? | Müstəqil ekspertlər baş verənləri şərh edir
29.09.2026 23:22
100
Siyasət
A
Gürcüstan-Azərbaycan dostluğunu kim hədəf alır? | Müstəqil ekspertlər baş verənləri şərh edir

Gürcüstan ilə Azərbaycan arasındakı möhkəm dostluq, yaxın qonşuluq və strateji tərəfdaşlıq münasibətləri sosial mediada fəaliyyət göstərən qaranlıq qüvvələrin hədəfindədir.

İki ölkə arasındakı münasibətlərə xələl gətirmək istəyən qüvvələr tərəfindən sosial mediada əsassız və həqiqətə uyğun olmayan iddialar önə çıxarılır. Eyni zamanda, Gürcüstan ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətləri də hədəfə alınır.

Son günlər müxtəlif sosial media platformalarında Azərbaycan əleyhinə intensiv şüarların səsləndirilməsi, bir anda Kürmük kilsəsi ətrafında müzakirələrin yenidən gündəmə gətirilməsi, eləcə də Tbilisidə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstünə xarici ölkə vətəndaşı tərəfindən ziyan vurulmasını müstəqil ekspertlər şərh edir və baş verənlərdə müəyyən qüvvələrin Azərbaycan-Gürcüstan münasibətlərinə təsir göstərmək cəhdlərinin ola biləcəyinə diqqət çəkirlər.

Aktual.ge xəbər portalına danışan politoloq Qia Xuxaşvili də təsdiqləyib ki, ölkələrimiz arasındakı münasibətlərə xələl gətirilmək istənilir və o, bu məsələdə Rusiyanı işarə edib. 

Tbilisidə Heydər Əliyevin büstünün zədələnməsi də təxribatların bir hissəsi ola bilər deyən Qia Xuxaşvili ehtimal verib ki, Gürcüstan-Azərbaycan arasında iqtisadi istiqamətdə də müəyyən problemlər yaratmağa cəhd edəcəklər. O, ayrıca qeyd edib ki, Gürcüstan və Azərbaycan arasındakı Qurumlararası Komissiya daimi rejimdə fəaliyyətə başlamalıdır - ildə bir-iki dəfə deyil, daim şəkildə.

“İlia Çavçavadze Mərkəzi”nin təsisçisi Zaza Bibilaşvili Gürcüstan-Azərbaycan mehriban qonşuluq münasibətlərinin pozulmasına yönəlmiş cəhdlərin həmişə olduğunu və bunun üçün hər şeyi edən qüvvələrin mövcudluğunu qeyd edib. 

Patriarxlığın müvafiq bəyanatına toxunan Zaza Bibilaşvili, diplomatik kanallar mövcud olduğu halda, Kürmüklə bağlı belə bir bəyanatın nəyə xidmət etdiyini sual edib.

Qeyd edək ki, Gürcüstan və Azərbaycan arasında uzun illərdir formalaşmış dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri iki ölkənin regional maraqlarının əsas dayaqlarından biridir.

Daha ətraflı Natela Əlləzovanın video süjetini təqdim edirik:

ŞƏRH YAZ
1