Tbilisidə Gürcüstan-Azərbaycan bayrağının olduğu stend aşırılıb - FOTO
Bugün
338
Siyasət
A
Tbilisidə Gürcüstan-Azərbaycan bayrağının olduğu stend aşırılıb - FOTO

Paytaxt Tbilisinin yaxınlığındakı Krtsanisi Milli Meşə Parkında Gürcüstan-Azərbaycan Respublikasının bayrağı olan stend aşırdılıb, stenddəki Azərbaycan dövlət bayrağının üzəri isə cızılıb.

Aktual.ge xəbər verir ki, hadisə sentyabrın 29-da qeydə alınıb. 

Gürcüstan bayrağına isə zədə yetirilməyib. 

Qeyd edək ki, stend Azərbaycan və Gürcüstan dostluğunun simvolu olaraq ərazidə basdırılmış ağacların önündə yerləşirdi.

Xatırladaq ki, bundan əvvəl isə 21 sentyabr tarixində Tbilisidə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstünə ziyan vurulmuşdu.

ŞƏRH YAZ
7