Tbilisidə Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı saxlanılıb
Bugün
159
Kriminal
A
Tbilisidə Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı saxlanılıb

Tbilisidə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Aktual.ge xəbər verir ki, bu barədə ictimai vəkil Teona Peraadze məlumat verib.

Onun sözlərinə görə, saxlanılan şəxs 40 yaşdan yuxarı Ermənistan vətəndaşıdır və Gürcüstana turist kimi gəlib. O, hazırda susmaq hüququndan istifadə edir.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsinin birinci hissəsi ilə aparılır.

Saxlanılan şəxsin barəsində həbs qətimkan tədbiri seçilib. İlkin məhkəmə iclasının noyabrın 12-də keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, hadisə sentyabrın 21-də səhər saatlarında baş verib.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Aktual.ge xəbər portalına açıqlamasında bildirib ki, cinayəti törədən şəxs saxlanılıb və Gürcüstan Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər aidiyyəti qurumlar tərəfindən istintaq və prosessual tədbirlər davam etdirilir.

ŞƏRH YAZ
0