Marneulidə həmkəndlilərini şəxsi fotolarını yaymaqla hədələyib pul tələb edən şəxs saxlanılıb - VİDEO
Bugün
703
Kriminal
A
Marneulidə həmkəndlilərini şəxsi fotolarını yaymaqla hədələyib pul tələb edən şəxs saxlanılıb - VİDEO

Dələduzluq yolu ilə pul tələb etməkdə (şantaj yolu ilə pul tələb etmə) ittiham olunan, əvvəllər müxtəlif cinayətlərə görə məhkum edilmiş şəxs saxlanılıb. 

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, təqsirləndirilən şəxs Marneuli bələdiyyəsində həmkəndlilərinin şəxsi həyatını əks etdirən fotoşəkilləri pul tələb etmək məqsədilə sosial şəbəkədə yayıb. O, fotoları silmək müqabilində müəyyən məbləğdə pulun elektron hesabına köçürülməsini tələb edib.

Vətəndaşlara dəymiş zərərin ümumi məbləği 2 000 lariyə yaxın olub. Hadisənin konkret hansı kəndə olduğu açıqlanmayan məlumatda bildirilib:

“Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları pul tələb etməkdə ittiham olunan, əvvəllər müxtəlif cinayətlərə görə məhkum edilmiş şəxsi saxlayıblar.

Araşdırma nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs Marneuli bələdiyyəsində həmkəndlilərinin şəxsi həyatını əks etdirən fotoşəkilləri pul tələb etmək məqsədilə sosial şəbəkədə yayıb. Fotoların silinməsi müqabilində isə müəyyən məbləğdə pulun elektron hesabına köçürülməsini tələb edib.

Vətəndaşlara dəymiş zərərin ümumi məbləği 2 000 lariyə yaxın olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxsi təqsirləndirilən şəxs qismində saxlayıblar.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 181-ci maddəsinin birinci hissəsi ilə aparılır. Bu maddə 4 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”.

ŞƏRH YAZ
0