Gürcüstanda 553 kiloqram narkotik maddə məhv edilib
06.10.2026 14:53
69
Kriminal
A
Gürcüstanda 553 kiloqram narkotik maddə məhv edilib

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) müxtəlif vaxtlarda aparılan istintaq tədbirləri zamanı sübut kimi müsadirə edilmiş 553 kiloqram narkotik maddəni məhv edib.

Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat verib.

Bildirilib ki , məhv edilən narkotiklərin qara bazardakı ümumi dəyəri 34 milyon laridən çoxdur.

"Məhv edilən maddələr arasında metadon, MDMA, heroin, kokain, buprenorfin, alfa-P, klefedron, tramadol və kodein, həmçinin psixotrop və yeni psixoaktiv maddələr olub.

Narkotik maddələr xüsusi yüksək temperaturlu sobada, müasir ekoloji standartlara uyğun şəkildə məhv edilib.

Prosesdə Baş Prokurorluq və Səhiyyə Nazirliyinin nümayəndələri, eləcə də Daxili İşlər Nazirliyinin əməkdaşları iştirak edib" , - məlumatda deyilir.

ŞƏRH YAZ
0