Gürcüstan üçün vizasız rejim geniş şəkildə dayandırıla bilərmi? AK-dən açıqlama
Bugün
266
Siyasət
A
Gürcüstan üçün vizasız rejim geniş şəkildə dayandırıla bilərmi? AK-dən açıqlama

“Gürcüstanla bağlı biz yalnız üzv dövlətlərin etməyə hazır olduqları qədərini edə bilərik”.

Aktual.ge xəbər verir ki, bunu Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Marta Kos Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin iclasında Avropa Parlamentinin deputatının Gürcüstan üçün vizasız rejimin dayandırılması ilə bağlı sualını cavablandırarkən deyib.

Avropa Parlamentinin deputatı Kşiştof Breyza Marta Kosa ünvanladığı sualda deyib ki, Gürcüstandan əldə edilən məlumatlara əsasən, diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejimin dayandırılmasının çox az təsir göstərir. O, komissardan vizasız rejimin daha geniş şəkildə dayandırılmasının nəzərdən keçirilib-keçirilmədiyini və Aİ Şurasında hədəfli sanksiyalarla bağlı razılığa gəlmək üçün real imkanın olub-olmadığını soruşub.

“Gələn həftə FAC-da (Avropa İttifaqının Xarici İşlər Şurasında) Gürcüstanla bağlı konkret müzakirəmiz olacaq. Biz yalnız üzv dövlətlərin etməyə hazır olduqları qədərini edə bilərik”, – deyə Marta Kos bildirib.

Məlumat üçün bildirək ki, Avropa Komissiyası genişlənməyə hazırlıqla bağlı sənədlər qəbul edib. Bu sənədlər genişlənmə üzrə əvvəlki siyasətə yenidən baxılmasını, siyasi istiqamətlərin və Aİ-nin gələcək genişlənməsinə hazırlıq üçün zəruri tədbirlərin müəyyənləşdirilməsini nəzərdə tutur.

Söhbət konkret olaraq dörd namizəd ölkədən – Albaniya, Moldova, Monteneqro və Ukraynadan gedir. Avropa Komissiyası 2026-cı il genişlənmə paketi çərçivəsində bu ölkələr üçün istiqamətləndirici yol xəritələri təqdim edəcək.

Bununla yanaşı, Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Marta Kos dünən bildirib ki, Gürcüstan yalnız kağız üzərində namizəd ölkədir və hazırda Gürcüstanda baş verənlər genişlənmə hesabatında əks olunacaq.

ŞƏRH YAZ
0