Baş nazir həbsxanalardakı vəziyyətdən danışdı
Bugün
141
Siyasət
A
Baş nazir həbsxanalardakı vəziyyətdən danışdı

"Bununla bağlı müəyyən spekulyasiyalar var idi və hamınız bununla bağlı məlumatlısınız. Lakin həmin spekulyasiyaların heç bir əsası olmadığı üçün heç bir ajiotaj yarada bilmədilər. Hamı çox yaxşı bilir ki, cəzaçəkmə sistemi hansı standartlarla fəaliyyət göstərir".

Aktual.ge xəbər verir ki, bu sözlərlə Baş nazir İrakli Kobaxidze Kaxetidə jurnalistlərin son günlər ölkə mediasının gündəliyində olan həbsxana məsələlərinə münasibət bildirib.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyi və bütün aidiyyəti qurumlar vəziyyətə tam nəzarət edir.

“Ola bilər ki, haradasa müəyyən çətinliklər olub, lakin vəziyyət tamamilə nəzarət altındadır və sakitliyin pozulması üçün heç bir əsas yoxdur. Ədliyyə Nazirliyi və bütün aidiyyəti qurumlar vəziyyətə tam nəzarət edir.

Əslində, bu spekulyasiyaların heç bir əsası yox idi və buna görə də hər şey çox asanlıqla sakitləşdi. Hamı Gürcüstanda cəzaçəkmə sistemində nələrin baş verdiyini, sistemin necə qurulduğunu və cəzaçəkmə sisteminin hansı standartlarla fəaliyyət göstərdiyini çox yaxşı bilir. Buna görə də belə süni spekulyasiyaların heç bir uğuru ola bilməz. Vəziyyət tam nəzarət altındadır”, – deyə İrakli Kobaxidze qeyd edib.

Hökumət başçısının sözlərinə görə, bütün qurumlar açıq və şəffafdır və müvafiq standartlara əməl olunur.

“Proporsionallıq prinsipinə uyğun olaraq məcburetmə tədbirindən istifadə etmək zərurəti yarandıqda, bu tədbirdən istifadə olunur. Lakin kadrlarda da göründüyü kimi, bütün bunlar proporsionallıq və mütənasiblik prinsiplərinə riayət olunmaqla həyata keçirilir. Mən beynəlxalq standartların nə olduğunu bilirəm və bu halda Penitensiar Xidmət məhz standartlara, proporsionallıq və mütənasiblik prinsiplərinə uyğun hərəkət edib.

Bütün qurumlar hər kəs üçün açıq və şəffafdır. Bu da bizim standartımızdır və bu halda da həmin standarta əməl olunub. Əgər hər hansı iddia və ya irad varsa, hər kəs müvafiq qurumlara müraciət edə bilər. Onlar Xalq Müdafiəçisinə, digər qurumlara müraciət ediblər. Əlbəttə, bütün qurumlar bütün suallara cavab verəcək. Bu, bizim məsuliyyətimizdir və bütün dövlət qurumları belə fəaliyyət göstərir.

İstintaqın ilkin nəticələrini, əlbəttə, bilirik. Lakin bir şeyi qeyd edim: belə bir istintaq nə qədər tez başa çatdırılsa, bir o qədər yaxşıdır. Buna görə də bu istintaqın tezliklə tam başa çatdırılması vacibdir.

Kadrlarda görünür ki, Penitensiar Xidmət standartlara və proporsionallıq prinsipinə uyğun hərəkət edib”, – deyə Baş nazir söyləyib.

ŞƏRH YAZ
0