Marneulidə azyaşlı nəvəsini ərə getməyə məcbur edən nənə saxlanılıb - VİDEO
09.10.2026 10:41
533
Siyasət
A
Marneulidə azyaşlı nəvəsini ərə getməyə məcbur edən nənə saxlanılıb - VİDEO

Hüquq-mühafizə orqanlarının əməkdaşları Marneulidə nikaha məcbur etmə ittihamı ilə azyaşlının nənəsini saxlayıblar.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, nənə azyaşlı nəvəsini öz iradəsinə zidd olaraq, həmkəndlisi olan kişi ilə evlənməyə məcbur edib.

“Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları ailənin azyaşlı üzvünü nikaha məcbur etmə ittihamı ilə bir nəfəri saxlayıblar. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs azyaşlı nəvəsini gender ayrı-seçkiliyi zəminində, dözümsüzlük motivi ilə, onun iradəsinə zidd olaraq həmkəndlisi olan kişi ilə evlənməyə məcbur edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən istintaq tədbirləri nəticəsində qadını təqsirləndirilən şəxs qismində saxlayıblar.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 11¹-150¹-ci maddəsi ilə aparılır. Həmin maddə 4 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, – məlumatda deyilir.

ŞƏRH YAZ
0