Rusiya Gürcüstan şərabının və mineral suyunun idxalını müvəqqəti qadağan edib
10.10.2026 14:43
332
Dünya
A
Rusiya Gürcüstan şərabının və mineral suyunun idxalını müvəqqəti qadağan edib

Rusiya Gürcüstan şərabının və mineral suyunun idxalını müvəqqəti qadağan edib.

Aktual.ge xəbər verir ki, bu barədə Rusiya Federal Nəzarət Xidməti bildirib.

BPN-in məlumatına görə, qadağa aşağıdakı şirkətlərə şamil ediləcək:

  • "Teliani Veli“;

  • "Tbilqvino";

  • "Dzmebi Askanelebi";

  • "Vainmeni";

  • "Qartuli Ludis Kompania";

  • "Koka-Kola";

  • "Nabeqlavi".

Oktyabrın 9-u tarixli sənəddə qeyd olunur ki, “Rusiya Federasiyasına ərzaq məhsullarının idxalını və dövriyyəsini dayandırmaq məqsədilə müvəqqəti sanitariya tədbiri tətbiq edilib”.

Bildirilir ki, Gömrük İttifaqının “Qida məhsullarının təhlükəsizliyi haqqında” texniki reqlamentinin 5-ci maddəsinin 4-cü hissəsinə əsasən, həmin texniki reqlamentin və ya Gömrük İttifaqının məhsullara şamil olunan digər tələblərinə uyğun gəlməyən ərzaq məhsulları iqtisadi operator tərəfindən müstəqil şəkildə və ya Gömrük İttifaqına üzv dövlətin səlahiyyətli dövlət nəzarəti orqanlarının göstərişi əsasında dövriyyədən çıxarılmalıdır.

Həmçinin qeyd olunub: 

“Bu məktubda qeyd olunan müvafiq ərzaq məhsullarının mövcudluğu müəyyən edilərsə, onların dövriyyədən çıxarılması üçün dərhal tədbirlər görməlisiniz”.

ŞƏRH YAZ
3