10.10.2026 22:12
230
Dünya
A
"Ukraynaya yeni prezident lazımdır" | Tramp

ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskinin Rusiya ilə münaqişəni dəfələrlə başa çatdırmaq imkanı olduğu halda bunu etmədiyini bildirib.

Aktual.ge xəbər verir ki, Tramp jurnalistlərin suallarını cavablandırarkən Ukraynanın yeni prezident seçməsinin vaxtı çatdığını deyib.

"Düşünürəm ki, Ukraynanın yeni prezidentə sahib olmasının vaxtı çatıb", - deyə Tramp qeyd edib.

Tramp Ukraynaya razılaşma əldə etməyə qadir yeni lider tapmağı tövsiyə edəcəyini söyləyib.

Onun sözlərinə görə, Zelenski dəfələrlə razılaşma əldə edə bilərdi, lakin naməlum səbəblərdən bunu etmir.

ABŞ prezidenti həmçinin Zelenskinin ABŞ-yə və bütün dünyaya problem yaratmaq istədiyini iddia edib.

Trampın fikrincə, Ukrayna lideri Rusiyanın dünya bazarına böyük həcmdə dizel yanacağı tədarük etməsi səbəbindən amerikalı fermerlərə də problem yaratmaq istəyir.

ŞƏRH YAZ
2